VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Huawei” İstehlakçı Biznes Qrupu (İBQ) tərəfindən Huawei-in bu günə qədərki ən böyük Sağlamlıq Laboratoriyası ictimaiyyətə açıldı.

Çinin Dunquan şəhərindəki Sunşan gölündə yerləşən, ¥200 milyon A&T (araşdırma və təkmilləşdirmə) investisiya layihəsi çərçivəsində ərsəyə gətirilmiş, sahəsi 4,680 m2 olan bu yeni müəssisə peşəkar araşdırma, ekosistemin birgə təkmilləşdirilməsi və sağlamlıq və fitnes ssenariləri inkubasiyası kimi sahələrdə A&T personalı üçün 80-dən çox sınaq sorğusu növünü, habelə Huawei-in ağıllı taxılabilən məhsullarının araşdırılması, inkubasiyası və sınaqdan keçirilməsi prosesini dəstəkləyir.

Sağlamlıq və fitnes texnologiyaları üzrə yeniliklərin araşdırılması ilə məşğul olan Xi'an laboratoriyası daxil olmaqla sağlamlıqla bağlı texnologiyaların öyrənilməsi məqsədilə Huawei-in hazırda bir çox sağlamlıq laboratoriyası fəaliyyət göstərir. Sunşan Gölü Sağlamlıq Laboratoriyası məhsul A&T-si, standart A&T-si, sertifikasiya, sərgi və sənaye inkubasiya fəaliyyətlərinə cəlb olunmuş dünya standartlarına uyğun sağlamlıq və fitnes texnologiyaları A&T institutu olmağı hədəfləyir.

Huawei-in ağıllı taxılabilən cihazlar və idman sağlamlığı biznesi son illərdə dünyanın dörd bir tərəfindəki istehlakçılara bir çox yenilikçi və elmi əsaslı idman və sağlamlıq məhsulları və xidmətləri təqdim edib.

HUAWEI Sağlamlıq Laboratoriyası “açıq qapı” gününə ev sahibliyi etdi

Huawei idman və sağlamlıq sahəsindəki keçmiş elmi araşdırma nəticələrini təqdim etdi və laboratoriyanın funksional və araşdırma fəaliyyətini necə həyata keçirəcəyi barədə ətraflı izahat verdi.

Təqdimatlardan biri oksigenlə doymanın insan orqanizminə necə təsir etdiyini yoxlamaq üçün dəniz səviyyəsindən 6000 metr yüksəkliyə qədər mühitləri canlandıran 3 milyon yuanlıq plato simulyasiya laboratoriyasını əhatə edirdi. Laboratoriyada müxtəlif hündürlüklərdə və iqlim şəraitində insan orqanizmində baş verən dəyişiklikləri ölçmək və təhlil etmək məqsədilə tədqiqatçıların dəqiq yüksəklik məlumatlarını əldə etməsi üçün bütün lazımi imkanlar var.

Laboratoriyada həmçinin 10.000 Hz-lik pik tezliyini dəstəkləyən 28 yüksəksürətli infraqırmızı kameradan ibarət və hərəkətli güllələr də daxil olmaqla müxtəlif cisimləri millimetr səviyyəli dəqiqliklə qeyd etməyə imkan verən peşəkar optik hərəkət qeydəalma sistemi də var. Huawei insan bədəninin hərəkətini davranışlarla birlikdə öyrənərək ağıllı taxılabilən məhsulları üçün yeni və innovativ xüsusiyyətlər hazırlamağa ümid edir.

Laboratoriyanın məşq fiziologiyası tədqiqat sahəsi həmçinin tədqiqatçıların maksimal VO2, kalori sərfiyyatı və məşq zamanı ürəyin ritminə nəzarət etmək üçün istifadə edə biləcəyi ürək-ağciyər funksiyası və maddələr mübadiləsini ölçən cihazlar, ürək ritmini qeydə alan qayışlar və yüksək performanslı qaçış trenajorları ilə təchiz edilmişdir. Cari il ərzində laboratoriya bu günə qədər təxminən 192,500 km qaçış parametri əldə edib ki, bu da dünyanın ekvator ətrafında dörd yarım dövrə vurmasına bərabərdir.

Huawei-in ağıllı taxılabilən məhsulları bu laboratoriyalar sayəsində alpinizm, üzgüçülük, stolüstü tennis, qolf və çoxfunksiyalı idman növləri də daxil olmaqla 100-dən çox məşq rejimini dəstəkləyir.

Sağlamlıq və fitnes inkubasiya sahəsi bütün ssenarilərdə sağlamlığı təmin edir

Yeni HUAWEI Sağlamlıq Laboratoriyası həmçinin istehlakçıların birbaşa istifadə edə biləcəyi, ssenari yönümlü təcrübələr və mikrofiziki müayinə, evdə fitnes və rəqəmsal idman daxil olmaqla xidmət paketləri üçün inkubator rolu oynayacaq.

Laboratoriyanın mikrofiziki müayinə sahəsində istifadəçilər qan təzyiqi və SpO2 monitorinqi kimi fiziki göstəriciləri ölçmək üçün Huawei taxılabilən məhsullarından istifadə edə bilərlər. Qapalı fitnes sahəsində istifadəçilər Huawei ağıllı saatı, HUAWEI Vision TV-ni və digər üçüncü tərəf avadanlıqlarını qoşmaqla məşqlərini izləməyə başlaya bilərlər. Rəqəmsal idman sahəsində istifadəçilər avarçəkmə və velosiped trenajorlarından istifadə edərkən dostları ilə yarışa bilərlər. HUAWEI Health tətbiqi artıq qaçış, velosiped sürmə, yoqa, fitnes, iplə tullanma və s. daxil olmaqla 11 növ təlim kursu da təklif edir.

Huawei rəqəmsal sağlamlıq və fitnes texnologiyaları sahəsində araşdırmalara və əlaqədar sənaye orqanları və ekosistem tərəfdaşları ilə aktiv əməkdaşlığa böyük sərmayə qoyub. Hazırda 5 milyondan çox istifadəçi HUAWEI Araşdırma Proqramına qoşulub və 320 milyondan çox istifadəçi Huawei-in sağlamlıq və fitnes xidmətlərindən yararlanıb. HUAWEI Health tətbiqinin dünya miqyasında orta aylıq aktiv istifadəçilərinin sayı 83 milyondan çoxdur.

Huawei-in məxfiliyin qorunması siyasətləri məxfiliyin əsas istehlakçı hüququ olduğunu bildirir. Belə ki, şirkət üçüncü tərəflərin istifadəçinin açıq razılığı olmadan istifadəçi məlumatlarına daxil olmasını əngəlləyir və bütün ekosistem tərəfdaşlarından ciddi məxfilik və təhlükəsizlik rejiminə riayət etməyi tələb edir.

BAKU.WS
VİDEO