SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda ilk dəfə olaraq poçt sahəsində, “Azəri Ekspress” MMM şirkəti beynəlxalq İSO 9001:2015 sertifikatına nail olmuşdur.

“Azəri Ekspress” MMM şirkəti “Societe Generale De Surveillance Azeri Ltd” (SGS)” şirkəti tərəfindən İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi üzrə beynəlxalq standarta layiq görülüb. Sertifikat UKAS akkreditasiyası nişanına malikdir və 3 illik dövrü əhatə edir.

İSO 9001-2015 beynəlxalq sertifikatı idarəetmə və müştəri məmnuniyyətini qazanmaq istiqamətində görülən işləri müəyyən edən fundamental standartdır.

İdarəetmə sisteminin mövcudluğu: risklərin idarə olunmasını, proseslərin tənzimlənməsini və qanunverici, normativ aktlara riayət olunmasını özündə əks etdirir.

Qeyd edək ki, şirkət 1997-ci ildən TNT, 2018-ci ildən isə FedEx poçt nəhənglərinin ölkəmizdəki təmsilçisidir.

BAKU.WS