VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən böyük avtomobil markası olan Volkswagen yeni istifadəyə verilən Taos modelini Azərbaycanda təqdim edib.

Yeni Taos modeli artıq Volkswagen Azərbaycan Mərkəzinin yeni, bu ilin ikinci yarısında istifadəyə verilmiş, Nəcəfqulu Rəfiyev küçəsi 29 ünvanında yerləşən avtosalonunda təqdim olunub. Mərkəz tam olaraq beynəlxalq Volkswagen konsepsiyasına uyğun olaraq inşa etdirilmişdir.

Taos modeli ölçülərinə görə Yeni Tiguan modelindən bir az kiçikdir, lakin öz seqmentində ən böyük ban ölçüsünə sahibdir. Avtomobil 1.4 l-lik və 150 at gücünə sahib, turbo gücləndirilmiş mühərrikə sahibdir. Azərbaycanda avtomobil 3 komplektasiyada təklif olunur. Artıq ilkin komplektasiyada avtomobil 4 motion (4x4) funksiyasına malikdir. Avtomobilin həm də qabaq ötürücü variantları mövcuddur. Avtomobilin qiyməti 49 900 AZN-dən başlayır.

Bir çox başqa Volkswagen modellərinə xas olan bütün texnologiyalar və ən əsası bütün təhlükəsizlik və komfort göstəriciləri Yeni Taos modelində də saxlanmışdır. Atmosfer LED elementlə­ri yeni Taos-un al­ətlər paneli və­ qapıları boyunca da keçir. Əhvalınıza uyğun 10 rəngdən birini seçə bilərsiniz. Dizayna özəl daha bir üstünlük, bu avtomobilin öyrəşdiyimiz rənglərlə bərabər, narıncı Energetic”, göy “Reef” və bej “Cappuchino” kimi eksklüziv rənglərdə olmasıdır.

Volkswagen Azərbaycan Mərkəzi hər gün xidmətinizdədir. Avtosalon həftə içi saat 10:00-dan 19:00-a və həftəsonları 10:00-dan 18:00-a kimi, Rəsmi Servis isə bazar günü istisna olmaqla hər gün 9:00-dan 18:00-a qədər fəaliyyət göstərir. Volkswagen-in Azərbaycandakı fəaliyyəti və aktual kampaniyalar barədə www.volkswagenauto.az saytında məlumat əldə edə, yaxud *0999 vahid çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Sizi yeni avtosalonumuzda gözləyirik.

BAKU.WS
QALEREYA