SİZİN REKLAM BURADA!
055 213 76 73


“Strategy Analytics” analitik şirkətinin verdiyi məlumatlara görə 2020-ci ildə “Huawei Consumer Business Group (BG)” TWS qulaqcıqları dünya bazarında liderlər sırasında ilk beşliyə daxil olub.

Ötən il ərzində şirkət bir neçə tam simsiz qulaqcıq modelini təqdim edib. Onlar arasında qlobal KİV nümayəndələri tərəfindən müsbət rəy və mükafatlar alan HUAWEI FreeBuds Pro qulaqcıqları var.

Qulaqcıqlar 40 dB-dək hibrid aktiv səs-küy aradan qaldırma texnologiyası, səs ucaltma rejimi, dinamik ekvalayzer və eyni anda iki cihaza rahat qoşulma imkanı ilə təchiz olunub.

“HUAWEI” şirkəti tərəfindən HUAWEI FreeBuds Pro istifadəçiləri arasında aparılan sorğu zamanı bu modelin alıcıları cəlb edən xüsusiyyətləri müəyyən edilib.

Alıcıların 71,9%-i qulaqcıqların 30 saatadək avtonom işləmə müddəti, 59,4%-i intellektual sensor idarəetmənin rahatlığını qeyd edib.

İstifadəçilər üçün əsas üstünlüklərdən biri intellektual dinamik aktiv səs-küy aradan qaldırma texnologiyası olub, sorğu iştirakçılarının 56,2%-i bunu qeyd edib.

Bundan əlavə, respondentlərin 50%-i simsiz enerji yığma, 46,8%-i eyni anda iki cihaza qoşulma, 43,7%-i premial dizaynı qeyd edib.

Qulaqcıqları istifadə etdikləri yer barədə suala sorğu iştirakçılarının 83%-i nəqliyyatda və ya küçədə gəzinti zamanı cavabını verib. Respondentlərin 72%-i qulaqcıqları əsasən evdə istifadə edir.

Cihaz yalnız musiqi dinləmək (respondentlərin 93%-i) üçün deyil, audio – və video zənglər (78%), həmçinin video izləmək (63%) üçün istifadə olunur. Sorğu iştirakçılarının 42%-i qulaqcıqları audio kitab və radio dinləmək üçün istifadə edir.

FreeBuds Pro qulaqcıqlarını seçmə səbəbi barədə suala cavab olaraq respondentlərin üçdə biri digər HUAWEI cihazlarını istifadə etdiyi və brendə etimad etdiyini bildirib. 33,3% HUAWEI texnologiyalarının onları cəlb etdiyini, 21% isə bu modelin qiymət və xüsusiyyət nisbətinin yaxşı olduğunu qeyd edib.

HUAWEI FreeBuds Pro qulaqcıqlarını Azərbaycanda “Huawei” şirkətinin rəsmi tərəfdaşlarından- Huawei Baku Electrtonics, Kontakt Home, MyShops, Optimal Electronics - parıldayan gümüşü, keramik ağ və kömür qarası olmaqla üç rəngdə əldə etmək mümkündür.

Cihazın xüsusiyyətləri barədə ətraflı məlumatla burada https://consumer.huawei.com/az/audio/freebuds-pro/ tanış ola bilərsiniz.

BAKU.WS
QALEREYA