SİZİN REKLAM BURADA!
055 213 76 73


1 fevral tarixində “Improtex Motors” şirkəti “Rolls-Royce Motor Cars Baku” satış-sərgi salonunda yeni "Rolls-Royce Ghost" avtomobilini media nümayəndələrinə fərdi görüşlər təşkil edərək təqdim etdi.

Improtex Motors-un baş direktoru Bayram Yaqubov vurğuladı: “Biz ən çox gözlənilən "Rolls-Royce"un debütündən 2021-ci ilə başlamaqdan çox məmnunuq. Qonaqlarımızın sağlamlığı və təhlükəsizliyi bizim üçün hər şeydən vacibdir, buna görə də biz Bakının mərkəzində media nümayəndələri və növbəti günlər müştərilər üçün yeni "Rolls-Royce Ghost" ilə fərdi görüşlər təşkil edirik".

Qudvudda yaradılan ilk "Ghost" həm yaşına, həm də fikirlərinə görə fərqlənən yeni nəsil müştərilərin tələblərinə cavab olaraq yaradılmışdır. Bu insanlar bizə "Rolls-Royce"un ölçüsünü bir qədər kiçik və daha az iddialı görmək istədiklərini bildirdilər. Onlar üçün yaradılmış modelin uğuru ən cəsarətli gözləntiləri aşdı. "Ghost" markanın 116 illik tarixi üçün ən uğurlu modeli olmuşdur. Yeni "Ghost"un öz sələfindən miras alacaq yeganə elementlər "Ekstaz ruhu" heykəlciyi və qapılardakı çətirlərdir. Qalan hər şey yenidən dizayn edilmiş və məharətlə sıfırdan hazırlanmışdır.
"Rolls-Royce Motor Cars"ın Avropa üzrə direktoru Julian Jenkins belə şərh vermişdir: "Nəticədə biz tarixdə ən texnoloji "Rolls-Royce"u yaratdıq. Brendimizin əsas dəyərləri bu cəlbedici, minimalist, lakin eyni zamanda "Ghost" müştərilərinin ehtiyacları ilə mükəmməl həmahəng olan və zamanın ruhuna ideal uyğun olan mürəkkəb bir məhsuldur".

Markanın fərqləndirici xüsusiyyəti - "Sehrli xalça uçuşu" ilə müqayisə edilən gedişin yumşaqlığı əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Yeni "Ghost" üçün mühəndislər Planar sistemini tətbiq edərək asqını tamamilə təkmilləşdirmişlər. Həndəsi tamamilə hamar və düz səthin şərəfinə adlandırılan sistem on illik inkişaf və sınaqların nəticəsidir. Nəticə əvvəllər heç bir minik avtomobilində əlçatmaz olan yer üzərində uçuş hissidir.
Özü bağlanan qapılar – Qudvuddan olan ilk "Phantom" dövründən "Rolls-Royce" alıcılarının sevimli funksiyasıdır. Cihazlar panelində və arxa oturacaqda yerləşən düymələrin köməyi ilə müştərilər asanlıqla qapıları aça bilərlər. Yeni "Ghost"da bu əfsanəvi funksiya təkmilləşdirilmişdir: bundan sonra qapılar ilk dəfə olaraq hər hansı bir səy göstərmədən elektrik ötürücü ilə açıla bilər. Avtomobildən çıxdıqdan sonra sahibi dəstəyin düyməsini basaraq qapını avtomatik olaraq bağlaya bilər.

Yeni "Ghost" müasir avtomobil salonunda mövcud olan ən təmiz havanı təmin edən yenilikçi mikro hava təmizləmə sistemi (MEPS) ilə təchiz edilmişdir. Müştəriləri dəm qazı və tozcuqlar, eləcə də bəzi virus və bakteriyalardan qoruyan mövcud hava filtrasiyası texnologiyası yenidən təkmilləşdirilmişdir.
Yeni "Ghost" sadəliyində mükəmməldir, lakin bu səssizlik atmosferinin yaradılması brend tarixinin ən böyük çağırışlarından biri olmuşdur. Şübhəsiz ki, yeni "Ghost" tarixin ən texnoloji "Rolls-Royce"udur. Təchizatın siyahısına 600 m-dən çox işıqlandırma məsafəsi olan işıq diodu və lazer fənərləri, heyvanlar və piyadaların gündüz və ya gecə saatlarında yolda peyda olması barədə qabaqcadan xəbərdarlıq edən Vision Assistant sistemi; sürücünün yorğunluğunu təhlil edən "Alertness" köməkçisi sistemi; avtomobilin panoramik baxışını təmin edən dörd kameralı monitorinq sistemi daxildir; Aktiv kruiz kontrol sistemi toqquşma qarşısının alınması sistemi, toqquşma xəbərdarlığı sistemidir; park etmə köməkçisi, həmçinin ən qabaqcıl naviqasiya və əyləncə sistemləri.

Yeni "Ghost Extended" üçün mütəxəssislər gələcək "Rolls-Royce" avtomobilləri üçün etalon olacaq "Sükunət formulunu" yaradıblar. Formulun ilk elementi daha yüksək akustik müqavimətə malik olan alüminium konstruksiyadır. Mühərrik lövhəsi və döşəməsi ikiqat konstruksiyaya malikdir, qatların arasındakı məkan salona daxil olan yol səs-küyünü azaltmaq üçün kompozit səs azaldan material ilə işlənilmişdir. Yeni "Ghost"da 100 kq-dan çox səs izolyasiyası vardır ki, bu da qapılara, damlara, ikiqat şüşəli pəncərələrə, şinlərin daxilində və hətta banın konstruksiyasının daxilində istifadə olunmuşdur.

Yeni "Ghost"un hər bir detalında minimalizmin estetikasının təcəssümü markanın dizaynerlərinin əsas məqsədi olmuşdur. Nəticədə, "Rolls-Royce"un qüsursuz deyə tanınmış olduğu təmkinli və həqiqi dizayn yaradılmışdır.

Jenkins vurğulayıb: "Son aylarda regionda qarşılaşdığımız çətinliklərə baxmayaraq, biz bu regionda müvəffəq olmuşuq, müştərilər bu qeyri-müəyyənlik dövrünün uzunmüddətli dəyərə malik olan investisiyalara ən uyğun vaxt olduğunu hiss edirlər. Davamlı işimizə verdiyi töhfələrə görə brend menecer Nurlan Pənahlıya və bütün komanda üzvlərinə təşəkkür edirəm və 2021-ci ildə uğurlu başlanğıc gözləyirəm”.

Təqdimat zamanı "Bang&Olufsen" şirkətinə "Rolls-Royce" standartlarına, həqiqətən, layiq olan yüksək keyfiyyətli səs effektləri təqdim edən akustik avadanlıqlara görə ayrıca təşəkkür edirik.

BAKU.WS
QALEREYA