SİZİN REKLAM BURADA!
055 213 76 73


Son vaxtlar, müxtəlif istehsalçıların bir-birinin ardınca yeni modellər buraxması səbəbilə mobil telefon bazarındakı aktivlik əhəmiyyətli dərəcədə artmışdır.

Huawei də ən yeni P smart modeli olan P Smart 2021-i buraxmaqla oyuna daxil oldu. Yeni cihaz istifadəçilərə möhtəşəm fotoqrafiya və əyləncə təcrübəsi yaşatmaq üçün EMUI 10.1-in ən son versiyası ilə kamera və batareyaya güclü yeniləmələr gətirmişdir.

Qaçırmaq istəməyəcəyiniz ən yaxşı xüsusiyyətlərdən altısı.

Xüsusiyyət №1 – Yüksək davamlılıq: 22.5W HUAWEI SuperCharge + 5000mAh batareya

22.5W HUAWEI SuperCharge texnologiyası ilə təchiz olunmuş P Smart 2021 yüksək sürətlə batareya doldurma xüsusiyyətinə malikdir. Sınaqlar göstərdi ki, P Smart 2021-in batareyasını cəmi on dəqiqə doldurmaqla iki saat ərzində fasiləsiz video izləmək mümkündür. P Smart 2021 həmçinin  yüksək tutumlu 5000mAh batareya ilə təchiz olunmuşdur ki, bu da bütün gün ərzində istifadəçinin ehtiyaclarını ödəmək üçün kifayət qədər enerji təmin edir.

Xüsusiyyət №2 – Bütün hallarda fotoqrafiya: 48MP Sİ dörd kameralı sistem

P Smart 2021 48MP əsas linza, 8MP ultra geniş bucaqlı linza, 2MP makro linza və 2MP dərinliyi müəyyən edən linzadan ibarət olan 48MP Sİ dördlü kameraya malikdir. Bu isə o deməkdir ki, kamera sistemi gecə vaxtı, geniş bucaqlı çəkimlər, portretlər və obyektivdən 4 sm-ə qədər makro çəkimlər daxil olmaqla bütün hallarda sizə möhtəşəm görüntülər təqdim edir.

Xüsusiyyət №3 – Oyunlar və filmlər üçün 128GB yaddaş

P Smart 2021 128 GB-lıq böyük yaddaş konfiqurasiyasına malikdir, yəni cihazda istədiyiniz qədər çox tətbiq, oyun və şəkil saxlaya bilərsiniz. Bundan əlavə, P Smart 2021-də xarici yaddaş kartı yuvası sayəsində 512 GB-a qədər genişlənə bilən yaddaşdan da istifadə edə bilərsiniz, bununla da yaddaşın bitməsindən narahat olmağınıza ehtiyac olmayacaq.

Xüsusiyyət №4 – Daxili göz qoruma mexanizmli 6.67 düymlük full HD ekran

P Smart 2021 6.67 düymlük HD ekran, 2400 x 1080 ultra aydın əksetmə, yüksək dəqiqlikli və zərif displey üçün 394-ə qədər PPI ilə təchiz edilmişdir. P Smart 2021 həmçinin zəif mavi işıqlı Gözlərin Rahatlığı üçün Uyğun Rejim funksiyası üzrə TÜV Rheinland sertifikatına da malikdir. 3D Arc dizaynı ilə birləşdirilən P Smart 2021 əldə tutarkən yüksək komfort və rahatlıq təmin edir.

Xüsusiyyət №5 – AppGallery və Petal Search vasitəsilə tətbiqlər yükləyin

P Smart 2021 tətbiqləri tapmaq üçün çox sayda tətbiqi asanlıqla yükləyə biləcəyiniz iki fərqli yol – AppGallery və Petal Search təqdim edir.

AppGallery xəbərlər, sosial media, əyləncə və s. daxil olmaqla 18 kateqoriya üzrə müxtəlif tətbiqlərdən ibarətdir, Petal Search istifadəçilərə tətbiqlər, xəbərlər, şəkillər və s. daxil olmaqla istədiklərini birbaşa ana ekrandan axtarmağa kömək edən yeni axtarış alətidir.

Xüsusiyyət №6 – EMUI 10.1 bir çox səmərəli və “ağıllı” həllər təmin edir  

P Smart 2021 rahat və qüsursuz əlaqə, qısa yollar və jestlər və s. daxil olmaqla daha “ağıllı” həyat sürməyinizə kömək edəcək funksiyaları dəstəkləyən ən yeni EMUI 10.1 ilə təchiz edilmişdir. EMUI 10.1-in ağıllı qalereya təsnifat alqoritmləri kitabxananızdakı şəkilləri avtomatik olaraq müəyyənləşdirə və kateqoriyalara ayıraraq daha nizamlı olmağınıza və sevdiyiniz şəkillərə asanlıqla daxil olmanıza kömək edir.

Azərbaycanda P Smart 2021 iki rəngdə mövcuddur – yaşıl və tünd qara. Telefondan gün boyu istifadə edirsinizsə, xüsusilə də şəkil çəkmək üçün istifadə etməkdən zövq alırsınızsa, bu cihaz sizin üçün idealdır.

BAKU.WS