SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının döyüş tapşırığına əsasən 27 sentyabr 2020-ci il tarixindən başlayaraq anti-terror əməliyyatında iştirak edən, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşən ordumuza dəstək məqsədilə “NOWP Group” şirkətlər birliyi Silahlı Qüvvələrə Yardım Fonduna 225 000 AZN həcmində ianə edib.

“NOWP Group” Şirkətlər birliyi cəbhədə döyüşən əsgərlərimizə yardım olaraq geyim, tibbi ləvazimatlar və digər zəruri əşyalarla dəstəyini də əsirgəmir.

Vətən hər birimizin müqəddəs səcdəgahı, pənah yeridir. Dünyada hər şey kiçilər, amma vətən kiçilməz.  Hər şeydən keçmək olar, vətəndən keçmək olmaz. “NOWP Group” Şirkətlər birliyi bundan sonra da  vətənimizə, xalqımıza öz dəstəyini əsirgəməyəcək!

Yaşasın Azərbaycan!

Yaşasın Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!

BAKU.WS