SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda cəbhəyə könüllü olaraq getmək üçün müraciət edənlərin sayı durmadan artır. Cəbhədə ermənilər üzərində aşkar üstünlüyümüz vətənpərvərlik ruhunu daha da artırıb. Sadə vətəndaşdan tutmuş yüksək vəzifəli şəxslərə qədər hər kəs könüllü olaraq cəbhəyə yollanmaq üçün müraciət edir.

BAKU.WS xəbər verir ki, Quba rayon prokurorunun müavini, Pərviz Nərimanov da ərizə ilə müraciət edərək könüllü olaraq döyüşə getmək istədiyini bildirib.

Prokurorluqdan xəbəri təsdiqləyiblər. Bildirilib ki, hazırda Pərviz Nərimanov iş başındadır. Müraciət əsasında döyüşə çağırılacaq vaxta qədər vəzifəsini icra edəcək.

Qeyd edək ki, Pərviz Nərimanov evlidir və üç övladı var.

BAKU.WS