SİZİN REKLAM BURADA!
055 213 76 73


“Mən həmişə bu fikirdə olmuşam ki, uzun illərdir həlli dondurulmuş bütün münaqişələr, xüsusən də Cənubi Qafqaz kimi strateji bölgədə mövcud olan Dağlıq Qarabağ münaqişəsi potensial təhlükə ocağıdır. Bu münaqişə təxirəsalınmadan həll olunmalıdır və beynəlxalq hüququn tələbləri vaxtında yerinə yetirilməlidir. Əks halda bu hərbi toqquşmalarla, insan tələfatı ilə nəticələnir ki, bu da bizim üçün qətiyyən xoş hal deyil”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Polşa Seyminin deputatı Silvestr Xruş (Sylwester Chruszcz) deyib.

O qeyd edib ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur və Polşa da bu missiyyanı dəstəkləyir.

“Biz tərəfləri tezliklə sülhə çağırırıq. Minsk qrupundan isə fəaliyyətinin bərpasını və fəallıq göstərməsini gözləyirik. Çünki problemlə bağlı uzun sürən mövcud status kvo arzu olunan deyil. Bu gün də onun acı nəticələrinin şahidiyik. Müasir dünyada müasir ölkələr arasında məsələlərin silah gücünə həll olunması acı mənzərədir”, - Seym üzvü əlavə edib.

BAKU.WS