VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində təxribat Ermənistana baha başa gəlib. Azərbaycan faktiki olaraq Qarabağdakı erməni ordusunu məhv edir.

Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

28 ildir işğal altında olan Qarabağı azad etmək üçün Azərbaycan Milli Ordusunun başlatdığı əməliyyat üçüncü gününü geridə qoyub. Ötən günlər içində itirilən yüksəklik və yaşayış məntəqələrini geri almaq istəyən Ermənistan ordusunun cəhdləri də heç bir nəticə vermir. Azərbaycan ordusunun cavab atəşləri nəticəsində Ermənistan böyük itkilər verərək geri çəkilməli olub.

Ermənistan ordusu son 3 gün ərzində yüksəkçinli hərbçilərini itirib. Döyüşlərin ilk günündə zərərsizləşdirilən desant tabor komandiri Lernik Babayan sonra Kəşfiyyat rəisi general-mayor Arakel Martikyan, polkovnik Nikoai Haykyan, 9-cu alay komandiri polkovnik Artyom Poqosyan, birlik komandiri Spartak Köçəryan və topçu polkovnik Karen Babayan da məhv edilib.

Ermənistan dünəndən etibarən KİV-lərdə saxta məlumatlar verərək Qarabağ uğrunda gedən döyüşə üçüncü tərəfin iştirakını göstərmək istəyir. Ermənistanın hərbi təyyarəsinin vurulması ilə bağlı saxta məlumatı da bunun tərkib hissəsi oldu. Görünən budur ki, cəbhədə baş verənlər Ermənistanda iqtisadi böhranın daha da dərinləşməsinə səbəb olub. Sənaye və kənd təsərrüfatı sahələri tamamilə çöküb. İqtisadi geriləmə biznes mühitinə də zərər vurub. Əhalinin istehlak həcmi əhəmiyyətli dərəcədə azalıb.

Dağlıq Qarabağ uğrunda gedən döyüşlərin davam etməsi Baş nazir Nikol Paşinyanı çətin duruma salıb. Onsuz da iqtisadiyyatı zəif olan Ermənistan pandemiya dövründə belə sabit iqtisadiyyata malik Azərbaycan qarşısında nə qədər müqavimət göstərəciyini bilmir. Mövcud vəziyyət onu göstərir ki, Ermənistanda böyük çöküş başlayıb. Ölkənin Azərbaycanla uzun müddətli müharibə aparmaq üçün kifayət qədər pulu yoxdur.

Orxan Hüseyn
BAKU.WS