VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq qurumlar yenə bəyanatlarla çıxış edirlər. 30 ilə yaxın verilən və kağız üzərində qalan bu bəyanatların nə kimi faydası ola bilər? Hazırda ATƏT hər iki tərəfi danışıqlara dəvət edir. İllərdir niyə dəvət etmək əvəzinə əməli addımlar atılmırdı? İndi Azərbaycan əks-terror hücumuna keçən kimi danışıqlar, bəyanatlı çıxışlar edilir.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, ATƏT, Qoşulmama Hərəkatı, İslam Konfransı Təşkilatı, BMT və digər bütün beynəlxalq qurumlar sözdə, kağız üzərində Azərbaycanı dəstəkləyən bəyanatlar verməklə bizi dəstəklədiklərini bildirirlər:

“Düşünürəm ki, ATƏT və bir sıra qurumlar bitərəflilik missiyasını yerinə yetirə bilmirlər. Azərbaycan dövlətini danışıqlara dəvət edən bütün qurum və dövlətlər birdəfəlik bilməlidir ki, Azərbaycan ordusu işğalçı deyil. Biz haqq savaşındayıq, biz demokratik dəyərlərin bizə verdiyi haqqı təmin etmək uğrunda mübarizədəyik. Ali Baş Komandanın dediyi kimi, bizim heç kimin torpağında gözümüz yoxdur. Biz öz ərazi bütövlüyümüzü təmin etməliyik.

Hazırda dünyanın əsas məqsədi odur ki, hər iki dövlət sülhə gəlsin. Bəs necə? Sülh olsun, lakin torpaqlarımız işğalda qalsın, dostluq edin Xocalını unudun, əl verin bir-birinizə, şəhidlərin qanını yaddan çıxarın. Nə Xocalının, nə terrora məruz qalmış dinc vətəndaşların haqqı tanınmasın. Demokratiya haqq ədaləti təmin olunmadıqca heç bir dəyərə malik deyil. Ermənistan tərəfi münaqişənin ATƏT-in Minsk qrupunun daxilində müzakirə edilməsini, başqa heç bir beynəlxalq qurumda müzakirə mövzusu belə olmasını istəmir. Bunun əsas səbəbi odur ki, düşmən ölkə ATƏT-in bitərəfsizliyini çox yaxşı bilir. Həmin qurumun ermənipərəst mövqeyi artıq ictimaiyyətə də bəllidir.

Bu gün əks-hücuma keçmiş Azərbaycan ordusu, xalqı kifayət qədər gözlədi. Beynəlxalq hüquqlara hər zaman hörmət etdi. Lakin bu hörmətin qarşısını isə tam layiqincə görmədi. Tovuz hadisələri və ondan əvvəlki təxribatlar zamanı bu qədər operativlik göstərməyən qurum və dövlətlər ordumuzun əks-hücumuna tez reaksiya verdi. Niyə Azərbaycan öz haqqını təmin etməyə qalxdıqda sülhə çağırışlar başladı? İndi də susma mövqeyinə keçmək olmazdımı, Azərbaycan ordusunun qələbəsimi bu qurumları narahat etdi? Yoxsa demokratik dəyərlər indi yadda düşdü?”.

BAKU.WS