SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov oğlunu cəbhəyə yola salıb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, polis rəisinin oğlu Pərvin Əsədov könüllü olaraq döyüşə yollanıb.

Məsələ ilə əlaqədar Vaqif Əsədovla əlaqə saxladıq. O bildirdi ki, oğlunu bu gün yola salıb.

“İnşallah ki, itirdiyimiz torpaqları qaytararıq. Oğlum da qələbə xəbəri ilə qayıdar. İnanıram və arzulayıram ki, oğlum qələbə bayrağını sancacaq”, - deyə Vaqif Əsədov bildirib.

BAKU.WS