VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva rəhbərliyi erməni və azərbaycanlı diasporlarına Dağlıq Qarabağda münaqişənin artması fonunda toqquşmaların və təxribatların yolverilməzliyi barədə xəbərdarlıq edib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk “Podyom” nəşrinə bildirib ki, meriya iyul ayında qarşıdurmaların təkrarlanmaması üçün paytaxtdakı vəziyyəti fəal şəkildə izləyir.

Onun sözlərinə görə, internet məkanındakı vəziyyətin monitorinqi gedir:

“Digər tədbirlər üçün hələ tezdir, münaqişə vəziyyəti yoxdur. Ancaq hər kəsə bu vəziyyətlərdən mümkün qədər qaçınmaq üçün xəbərdarlıq edilib”.

BAKU.WS