SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin qəflətən gərginləşməsi müzakirə olunub.

Rusiya Prezidenti genişmiqyaslı hərbi toqquşmaların bərpasından ciddi narahatlığını ifadə edib.

Hazırda qarşıdurmanın daha da böyüməməsi üçün bütün lazımi səyləri göstərməyin vacib olduğu və ən əsası hərbi əməliyyatları dayandırmaq lazım olduğu qeyd olunub.

BAKU.WS