VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan silahlı qüvvələrinin illər uzunu həyata keçirdiyi işğalçılıq siyasəti və mülki əhalini atəşə tutması beynəlxalq hüquqa təhdiddir. Buna görə regiondakı bütün xoşagəlməz hadisələrə görə Ermənistan məsuliyyət daşıyır. Türkiyə hər zaman olduğu kimi Azərbaycanın yanında olacaqdır.

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, bu ifadələr Ermənistanın hərbi təxribatları nəticəsində iki ölkə arasında yaranmış gərgin vəziyyətlə bağlı Türkiyənin aparıcı kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda əksini tapıb.

Anadolu agentliyi, TRT HABER, A HABER, Haber Global telekanalları və digər media orqanlarının Ermənistan və Azərbaycan arasındakı gərginliyin səbəb və məqsədləri ilə bağlı geniş analitik xarakterli reportajlar yaymaqda davam edirlər.

Diqqətə çatdırılır ki, Ermənistan silahlı qüvvələri azğınlaşmış şəkildə sərhəd bölgəsində mülki azərbaycanlıları hədəf alıb. Azərbaycan Ordusu müdafiə tədbirlərini gücləndirmək və cəza tədbirləri həyata keçirmək məcburiyyətindədir.

BAKU.WS