SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin payız sessiyası çərçivəsində sentyabrın 30-da keçiriləcək ilk plenar iclasının gündəliyi açıqlanıb.

BAKU.WS xəbər verir ki, iclasın gündəliyinə 22 məsələ daxil edilib.

İclasda “Mülki Prosessual, Cinayət, Miqrasiya, İnzibati Xətalar, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” və s. qanunlara dəyişiklik layihələri I oxunuşda müzakirə ediləcək.

Bundan əlavə, iclasda Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək.

BAKU.WS