VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsindəki hökmdən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

BAKU.WS xəbər verir ki, bu barədə “report“a vəkil Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 7-də Nizami Rayon Məhkəməsinə təqdim edilən apellyasiya şikayəti bu gün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu 16 gündür, aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

BAKU.WS