SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Almaniyada yaşayan azərbaycanlılar Qarabağda baş verən gərginliklə əlaqədar olaraq nümayiş keçirəcək.
 
BAKU.WS məlumat verir ki, bu haqda Almaniyada təhsil alan azərbaycanlı tələbə Haldun Novruzzadə öz Facebook hesabında məlumat verib. O bildirib ki, aksiya Sarkisyana qarşı keçiriləcək. Aksiyaçıların tələbi, Ermənistan Azərbaycan torpaqlarını dərhal və qeyri-şərtsiz azad etməlidir:
 
"Berlində və Berlinə yaxın qalanların diqqətinə! Aprelin 2-nə keçən gecə erməni hərbi birləşmələri atəşkəsi pozaraq cəbhəboyu Azərbaycan ərazilərini intensiv atəşə tutub. Erməni təcavüzü və işğalı dayandırılmalıdır! 6 Aprel saat 12-də Willy-Brandt-Straße 1, 10557 Berlin ünvanında Federal Kansler İqamətgahı qarşısında Ermənistan prezidenti Sarkisyana qarşı keçiriləcək mitinqə qoşularaq öz doğma yuvalarına qayıtmaq istəyən milyonlarla məcburi köçkünlərə dəstək nümayiş etdirin".
 
BAKU.WS