SİZİN REKLAM BURADA!
055 213 76 73


 


 

İran Ermənistanın atdığı mərminin ölkəsinin ərazisinə düşməsi ilə bağlı rəsmi Bakı və İrəvana xəbərdarlıq edib.  

BAKU.WS "Qafqazinfo”-ya istinadən məlumat verir ki, İran hökuməti qondarma Dağlıq Qarabağdan gələcək istənilən aqressiyaya sərt reaksiya verəcəyini bəyan edib. Azərbaycan və Ermənistan isə aprelin 3-ü yaşanan insidentin təkrarlanmayacağına söz verib. 

Hazırda mərminin düşdüyü İranın Şərqi Azərbaycan vilayətinin sərhədində təhlükəsizlik bərpa edilib.

Xatırladaq ki, erməni ordusunun Azərbaycanın Füzuli rayonunun Qazaxlar kəndinə atdığı qrad mərmisi İran ərazisinə düşmüşdü.
 
BAKU.WS