SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"2016-cı ilin ikinci rübündə Dağlıq Qarabağda gərginlik artacaq”.

BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının "kölgəsi” hesab olunan "Stratfor” mərkəzinin bu ilin ikinci rübü üçün hazırladığı proqnozlarında iddia olunur.

Mərkəz qeyd edib ki, cəbhədə ağır artilleriyanın iştirakı ilə qarşılıqlı toqquşmalar olacaq: "Lakin çətin ki, bu müharibəyə gətirib çıxarsın. Türkiyə və Rusiya iki ölkə arasında danışıqların gedişinə təsir etməyə çalışacaqlar”.

"Stratfor” Cənubi Qafqazın digər ölkəsi olan Gürcüstan haqda da proqnoz verib.

"Gürcüstan NATO-nun Varşavadakı keçiriləcək sammitində bir sıra əlavə öhdəliklər götürəcək. Lakin buna paralel olaraq, Rusiya ilə da iqtisadi əlaqələrini inkişaf etdirəcək. Amma Gürcüstanın Şimal Alyasında üzvlüyə qəbul olunacağını gözləmək hələ tezdir”, - deyə mərkəzin təhlilində bildirilir.
 
BAKU.WS