VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

GUAM Katibliyi Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində hücumunu qınayıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın “Twitter” hesabında paylaşım edilib.

Bildirilib ki, münaqişələr təşkilata üzv ölkələrin inkişafına mane olur.

“GUAM Katibliyi Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca Tovuz rayonu istiqamətindəki hücumunu qınayır. Biz bir daha vurğulayırıq ki, GUAM bölgəsində münaqişələr rifah, stabillik və firavanlığa mane olur”, - deyə qeyd olunub.

BAKU.WS