VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Moskva ilə Ankara arasındakı təyyarə qalmaqalının ortaya çıxmasınan bir gün sonra Rusiya Dumasına təqdim edilən "erməni soyqırımının inkarı haqqında" qanun həm Rusiya hökuməti, həm də Konstitusiya Məhkəməsi tərəfindən qanunsuz olaraq gündəlikdən çıxarılıb. 

BAKU.WS-in məlumatına görə, 25 noyabr 2015-ci il tarixli qanun layihəsi haqqında məlumat verən Duma sədrinin müavini Nikolay Leviçev Rusiya hökuməti və Konstitusiya Məhkəməsindən təsdiq gəlmədiyini açıqlayıb.

Erməni mətbuatına danışan Leviçev sözlərinə belə davam edib: "Parlament olaraq biz Rusiya hökumətindən 8 fevral tarixinə qədər təsdiq gözlədik. Ancaq qanunun səsverməyə çıxarılması üçün yaşıl işıq gəlmədiyi üçün 9 fevral tarixində qanun gündəlikdən çıxarıldı. Hökumətin qanunu təsdiq etməməsinə səbəb Rusiya qanunvericiliyində etnik mənşəli cinayətlərə cəza verilməsi maddəsinin mövcud olduğu göstərilib. Rusiya Konstitusiya Məhkəməsi də qanun layihəsi üçün mənfi qərar vermişdi".
 
Leviçev bildirib ki, Rusiya Konstitusiya Məhkəməsi qanunda soyqırımla əlaqədar heç bir konkret məlumatın yer almamasını əsas gətirib. Rusiya Dumasının gündəmindən çıxarılan "Soyqırımı inkar qanun layihəsi" astronomik cəzalar ehtiva edirdi. İki siyasi partiya tərəfində hazırlanan qanunda 4 min-6 min dollar arasında pul cəzası və 3 ildən 5 ilə qədər həbs nəzərdə tuturdu.
 
BAKU.WS