SİZİN REKLAM BURADA!
055 213 76 73


Elman Rüstəmovun İdarə Heyətinin üzvü təyin edilməsi haqqında məsələnin əleyhinə səs verən deputat bəlli olub.

BAKU.WS Oxu.Az-a istinadla məlumat verir ki, bu barədə Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev bildirib.

O, Elman Rüstəmovun əleyhinə səs verməsinin səbəbini açıqlayıb:

"Çünki cənab Elman Rüstəmov elə başa düşür ki, Mərkəzi Bankın yeganə vəzifəsi manatın kursunun sabit saxlanılmasıdır. Halbuki başqa problemlər də var”, - deyə Q.Həsənquliyev əlavə edib.

Bildirək ki, E.Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilməsi barədə məsələyə deputatlardan 91 nəfər lehinə, bir nəfər isə əleyhinə səs verib.

BAKU.WS