SİZİN REKLAM BURADA!
055 213 76 73


Baş Nazirin Milli Məclisin sabah keçiriləcək plenar iclasında videohesabatı dinləniləcək.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, parlamentin aprelin 9-da keçiriləcək iclasında Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətini karantin rejimi ilə əlaqədar videohesabat şəklində təqdim edəcək.

A.Təvəkküloğlu qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının tələbinə görə Milli Məclisin yaz sessiyasının 5-ci iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilir: “Bu məsələ ilə bağlı bildirmək istəyirik ki, karantin rejimi ilə əlaqədar olaraq Baş Nazir Əli Əsədovun plenar iclasda videohesabatı dinləniləcək. Videohesabatdan sonra aparılan müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək”.

Yaşı 65-i keçmiş deputatların plenar iclasda iştirakına gəlincə, A. Təvəkküloğlu bildirib ki, onlardan xahiş olunub ki, karantin rejiminin qaydalarına əməl etsinlər.

BAKU.WS