VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili işlər orqanlarında yeni təyinat olub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini, polis polkovniki Nəzər Əsgərov Salyan Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Salyan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Cəbrayıl Vəliyev bir neçə gün əvvəl işdən çıxarılıb. O, Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi təyin edilib.

BAKU.WS