SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 oktyabr tarixli 1724 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” sərəncam imzalayıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının Azərbaycan tərəfdən sədri dəyişib.

Komissiyanın sədri postunda Baş Nazirin birinci müavini Yaqub Eyyubovu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı əvəz edib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur.

BAKU.WS