SİZİN REKLAM BURADA!
055 213 76 73


VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, iclasa sədrliyi parlamentin ən yaşlı deputatı Fəttah Heydərov edir.

İclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.

İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək.

Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb.

Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.

BAKU.WS