SİZİN REKLAM BURADA!
055 213 76 73


İsmayıllının icra başçısı vəzifəsindən azad edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin bu gün imzaladığı sərəncamda bildirilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".

Qeyd edək ki, Mirdaməd Mirsadıq oğlu Sadıqov 2013-cü ildən İsmayıllının icra başçısı idi.

BAKU.WS