SİZİN REKLAM BURADA!
055 213 76 73


"Yaxın müddətdə Beynalxalq Qızıl Xaç Komitəsinin üzvlərinin atamla görüşü olmalıdır. Bir cavab gözləyirik".

Bu sözləri BAKU.WS-in bölgə müxbirinə açıqlamasında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

"Biz çox ümidliyik. Prezident İlham Əliyevin diplomatik siyasəti nəticəsində atam erməni girovluğundan azad olunacaq. Cənab prezident Beynalxalq Qızıl Xaç Komitəsinin rəhbəri ilə son görüşündə növbəti dəfə bu məsələni qaldırıb. Ümid edirəm, bu səylər öz nəticəsini verəcək".

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü il də öz ata-baba yurdlarını ziyarət edərkən işğalçı erməni əsgərləri tərəfindən girov götürülüb.

Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS