SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.
 
BAKU.WS-in məlumatına görə, bu barədə Kremlin rəsmi saytı yazıb. 
 
V.Putin və İ.Əliyev bir sıra aktual məsələləri, ticarət-iqtisadi əməkdaşlıq və regiondakı prioritet məsələləri müzakirə edib. Liderlər Suriyada gedən döyüşlərin dayandırılması haqqında Rusiya Federasiyasının və ABŞ-ın birgə bəyanatının əhəmiyyətini vurğulayıb. 
 
İki dövlət başçısı bu istiqamətdə əlaqələrin davam etdirəcəklərinə dair razılığa gəliblər. 

BAKU.WS