SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev 3 nəfəri “Şöhrət” ordeni ilə təltif edib.

BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Prezident İlham Əliyev Fuad Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Fuad Yusif oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilsin.

Prezident İlham Əliyev Şahin Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahin Məhərrəm oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilsin.

Prezident İlham Əliyev Maqomed Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə Maqomed Səidoviç Qurbanov “Şöhrət” ordeni ilə təltif edilsin.

BAKU.WS