VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi həyata keçirilib.
 
BAKU.WS azvision.az-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Xətai rayon Polis İdarəsinin Narkotiklərə qarşı mübarizə şöbəsinin rəisi Fəxrəddin Hacıyev tutduğu vəzifədən azad edilib.
 
O, Zərdab rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Füzuli rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Elşən Qayıbov Beyləqan RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
 
BAKU.WS