VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmişəm. Bilirəm ki, seçkilərin şəffaf keçirilməsi üçün ölkədə ciddi işlər aparılır.

BAKU.WS xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında İsrailin Aşdod şəhərinin merinin müavini Eli Naxt deyib.

Parlament seçkilərinin də şəffaf və yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edən E.Naxt Azərbaycan ilə İsrail arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib. “Bu münasibətlərin inkişafında parlamentlərarası əlaqələr də mühüm rola malikdir. Əminəm ki, əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək”, - deyə E.Naxt vurğulayıb.

BAKU.WS