SİZİN REKLAM BURADA!
055 213 76 73


15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyev şəxsi sosial şəbəkə hesabında seçkiqabağı təbliğat-təşviqat kampaniyası ilə bağlı paylaşım edib. O, seçicilərindən dəstək gördüyünü bildirib.

Belə ki, namizədin seçiciləri könüllü kimi təbliğat-təşviqat prosesində iştirak ediblər. Onlar digər seçicilərə Ü.Quliyev haqqında bukletlər, kitablar paylayıb, onun haqqında ətraflı məlumat veriblər.

Ü.Quliyev könüllü seçicilərinə təşəkkür edərək belə bir paylaşım edib:

“Seçicilərindən Ülvi Quliyevə böyük dəstək!

Seçicilərimizin bir çoxu könüllü kimi təbliğat-təşviqat kampaniyamıza qoşuldu. Vaxtından, əməyindən istifadə edib bizə qoşulan hər kəsə təşəkkür edirəm”.

BAKU.WS
QALEREYA