SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları (DSK) tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatıb.

BAKU.WS-in məlumatına görə, bu gün 18:00-da Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesinə son verilib.

17 yanvar - 8 fevral tarixlərində isə qeydə alınmış namizədlərin təbliğat-təşviqat kampaniyası aparılacaq.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

BAKU.WS