VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar Azərbaycan parlamentinin üzv olduğu beynəlxalq təşkilatlara müraciət ünvanlanıb”.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O bildirib ki, Milli Məclisin üzv olduğu bütün beynəlxaq təşkilatlara parlament seçkilərini izləmək üçün rəsmi müraciət göndərilib:

“Milli Məclis tərəfindən AŞPA, ATƏT PA, MDB PA, QDİƏT PA, TÜRK PA , İƏT PA, və GUAM PA-ya seçkiləri izləmək rəsmi müraciət göndərilib. Ancaq Avropa Parlamentinin üzvü olmadığımız üçün onlara müraciət göndərilməyib”.

Xatırladaq ki, Azərbaycanda parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.

BAKU.WS