VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Milli Məclis Aparatında kadr və struktur islahatları aparılacaq”.

BAKU.WS xəbər verir ki, bunu “Report”a eksklüziv açıqalamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

Aparat rəhbəri xatırladıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda islahatlar aparılır.

“Azərbaycan Milli Məclisinin Aparatında da kadr və struktur islahatları aparılacaq. Milli Məclis bu prosesdən geri qalmayacaq. Milli Məclisin yeni rəhbərliyi formalaşdıqdan sonra bu məsələ öz həllini tapacaq”, - S.Mirzəyev əlavə edib.

BAKU.WS