SİZİN REKLAM BURADA!
055 213 76 73


Məzahir Pənahovun sədrliyi ilə dekabrın 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

Vətəndaşların seçki hüquqlarının daha səmərəli və effektiv təmin olunması məqsədilə tam, hərtərəfli və obyektiv araşdırılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Komissiya üzvlərinin müzakirəsindən sonra 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə Ağdaş bələdiyyəsinə seçkilərin etibarsız sayılması qərara alınıb.

İclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.

BAKU.WS