SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərində dəyişiklik olub. 
 
Türkiyənin Azərbaycandakı Səfirliyindən BAKU.WS-ə verilən məlumata görə, Türkiyə prezidenti əvvəlcədən planlaşdırıldığı kimi Gəncəyə deyil, birbaşa Bakıya gələcək. 
 
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası da paytaxda baş tutacaq. Səfirlikdən bildirilib ki, bu dəyişikliyə Gəncədəki güclü duman səbəb olub. Hava şəraiti təyyarələrin Gəncə Hava limanına eniş etməsinə maneə yaratdığı üçün Ərdoğanın təyyarəsi bir başa Bakıya üz tutacaq. 
 
Şahin Həbibov
BAKU.WS