SİZİN REKLAM BURADA!
055 213 76 73


Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərini müşahidə etmək üçün 51 min 737 müşahidəçi qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.

Bunlardan 1511 nəfəri bələdiyyə seçkiləri ilə əlaqədar respublikanın seçki keçirilən bütün dairələrində müşahidə aparılması üçün MSK-da, 50 min 226 nəfər isə dairə seçki komissiyalarında qeydiyyata alınıb.

Qeyd edək ki, bu gün dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparılması üçün ərizələrin müvafiq dairə seçki komissiyasına təqdim edilməsi müddəti başa çatır. Bələdiyyə seçkiləri ilə əlaqədar respublikanın seçki keçirilən bütün dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi və səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi müddətləri isə dekabrın 13-dək olan dövrü əhatə edib.

BAKU.WS