SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında təhlükəsizlik məsələləri üzrə ikinci dialoq dekabrın 19-da Bakıda keçiriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən bildirilib.

Təhlükəsizlik məsələləri üzrə dialoq Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və  Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Jan-Kristof Belliardın həmsədrliyi altında baş tutacaq.

Dialoq çərçivəsində təhlükəsizlik məsələlərinə dair geniş məsləhətləşmələr aparılacaq.

BAKU.WS