SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov vəzifəsindən azad olunub.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Vəli Allahverdi oğlu Hüseynov Ali Attestasiya Komissiyasının sədr müavini vəzifəsindən azad edilib.

Ali Attestasiya Komissiyasından "Report"a fakt təsdiqlənib.

Qeyd edək ki, V.Hüseynov 2010-cu ildən bu vəzifədə çalışırdı.

BAKU.WS