SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi, noyabrın 29-da Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilib.

Sözügedən Sərəncam Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində və AZƏRTAC-da yerləşdirilsə də, ancaq Əli Həsənova məxsus olan bəzi KİV-lərdə yer almayıb.

BAKU.WS “demokrat.az”a istinadən xəbər verir ki, Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın təsisçisi olduğu "Kaspi" qəzeti ölkə Prezidentinin bu Sərəncamını dərc etməkdən imtina edib. Qəzetin 30 noyabr tarixli nömrəsində Prezident İlham Əliyevin ayın 29-da imzaladığı Sərəncamlar arasında yalnız Əli Həsənovla qərarı dərc olunmayıb.

Görünür, Əli Həsənovun vəzifəsindən çıxarılması onun üçün də gözlənilməz olub. Buna görə də Sona Vəliyeva rəhbərlik etdiyi qəzetdə Prezident İlham Əliyevin Əli Həsənovla bağlı məlum Sərəncamının dərc etməkdən imtina edib.

Qeyd edək ki, Sona Vəliyeva "Kaspi" qəzetininin təsisçisi olmaqla yanaşı, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinə də rəhbərlik edir.

BAKU.WS