VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"TANAP hər şeydən əvvəl ölkələrimiz arasındakı köklü dostluğun simvoludur".

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində keçirilən TANAP-ın II hissəsinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O deyib ki, layihə plana uyğun həyata keçirilib:

"Dəyərli qardaşım Əliyevin maraq göstərməsi, Gürcüstan rəhbərliyinin əməkdaşlığı ilə TANAP-ı bugünkü mərhələyə gətirdik. Bu gün birlikdə sərf olunan əməyin boşa getmədiyini görürük. Bu gündən Azərbaycan qazı Türkiyə üzərindən 20 vilayət, 67 rayon və 600 kənddən keçərək, Avropanın qapısına çatıb. TANAP-la ildə 16 mlrd. kubmetr Azərbaycan təbii qazının Türkiyə və Avropanın istifadəsinə təqdim edilməsi xəyaldan çıxıb reallığa çevrilib. Ölkələrimiz və bölgəmiz üçün tarixi bir andır. TANAP regional sülh layihəsidir”.

O vurğulayıb ki, TANAP bu mərhələyə Türkiyə və Azərbaycanın qarşılıqlı güvənə əsaslanan münasibətləri sayəsində gəlib: “Layihənin uğurunda tranzit və istehlakçı ölkələr ilə layihədə pay sahibi olan şirkətlər arasındakı əlaqə də açar rolu oynayıb.

Enerjinin “İpək yolu” hesab edilən bu möhtəşəm layihəni nəzərdə tutulan vaxtda, hədəflərimizə uyğun şəkildə başa çatdırdıq. Biz TANAP-la ölkəmizin enerji ehtiyacını zəmanət altına almaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinə töhfə verməyi hədəfləmişik”.


BAKU.WS