VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər naziri Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edəcək.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, nazir, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2019-cu il noyabr ayının 29-da Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərinin Sumqayıt ŞPİ-də qəbulunun keçirilməsi nəzərdə tutulub.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

BAKU.WS