SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeni Azərbaycan Partiyasının siyasi şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyyə edən qərar qəbul edib. Siyasi Şura bu qərarını Prezident ilham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katib Əli Əhmədov bildirib ki, siyasi şuranın bütün üzvləri bu məsələdə yekdil mövqe nümayiş etdiriblər. 

"Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri bu gün siyasi şuranın iclasında YAP-ın üzvlərinin əksəriyyətinin iradəsini ifadə edərək, islahatlar konsepsiyasına öz dəstəyini ifadə edərək, prezident İlham Əliyevin islahatlarının eyni zamanda qanunverici hakimiyyət sahəsinə də gətirilməsinin məqsədə uyğunluğu qənaətini ifadə ediblər. Etiraf etmək istəyirəm ki, siyasi şuranın bütün üzvləri bu məsələdə yekdil mövqe nümayiş etdiriblər. Vurğulanan fikir ondan ibarət olub ki, Azərbaycanın parlamentinin də yeniləşməsi, müasirləşməsi, islahatlar sferasına cəlb olunması prezident İlham Əliyevin islahatlar konsepsiyasının uğurla həyata keçirilməsinə əlavə təminat kimi qiymətləndirilə bilər", - deyə Əli Əhmədov əlavə edib.

BAKU.WS
VİDEO