SİZİN REKLAM BURADA!
055 213 76 73


“Prezident İlham Əliyenin rəhbərliyi ilə uğurlu struktur və kadr islahatları keçirildi. Bu islahatlar xalq tərəfindən də müsbət qarşılandı”.

BAKU.WS  xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov Milli Məclisin buraxılması ilə bağlı Prezidentə edilən müraciətlə bağlı keçirilən mətbuat konfransında bildirib.

YAP üzvləri bu qərara gəlib ki, partiyamız Prezidentin keçirdiyi islahatlardan kənarda qalmasın:

"Partiyamız vətəndaş mövqeyinin və milli maraqların təmin olunmasını nəzərə alaraq Milli Məclisin yenilənməsinin zəruri olması qərarına gəliblər. Siyasi Şuranın üzvləri bu məsələdə yekdil qərar alıblar".

Ə.Əhmədov sözlərinə əlavə edib ki, YAP Siyası Şurasının üzvlərinin əksəriyyəti qəbul edilən qərarı imzalayıblar və Milli Məclisə ünvanlayıblar.

Fərid Ədalət
BAKU.WS