SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında YAP-ı Milli Məclisdə təmsil edən deputatların iştirakı ilə iclas keçirilir.

BAKU.WS "report"a istinadən xəbər verir ki, iclasda parlamentin buraxılması ilə bağlı müzakirələr aparılır. İclasda onlara YAP Siyasi Şurasının qərarı elan olunur.

Qeyd edək ki, bu gün YAP Siyasi Şurasının üzvlərinin iştirakı ilə iclas keçirilib.

İclasın yekununda YAP Siyasi Şurasının qərarı qəbul olunub.

Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunur.

BAKU.WS