SİZİN REKLAM BURADA!
055 213 76 73


Nazirlər Kabinetinin Aparat rəhbəri vəzifəsinə təyinat olub.

Bu barədə BAKU.WS-ə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Baş Nazir Əli Əsədovun sərəncamı ilə Rüfət Tofiq oğlu Məmmədov Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib.

Qeyd edək ki, R.Məmmədov bu təyinatadək İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışırdı.

BAKU.WS