SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına (DSK) təqdim edilməsi ilə bağlı ayrılan müddət başa çatıb.

BAKU.WS-in məlumatına görə, "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı"na əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin qeydə alınması üçün müəyyən olunan müddət 2019-cu il noyabrın 22-si saat 18:00-da sona çatıb.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

BAKU.WS